İlham Əliyev Almaniya Prezidentinə məktub göndərdi

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

 

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

 

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

 

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


OXŞAR XƏBƏRLƏR

Qadının adi kresloda fotosu viral oldu : Səbəb gülməlidir

Qadın restoranda olarkən kameralara tuş gəlib. İlk baxışda bu, adi bir şəkil kimi görünür. Lakin fotoda görünən optik illüziya effekti internet istifadəçilərini...

İstanbulda güclü partlayış: bina uçdu - FOTO

İstanbulun Beyoğlu rayonunda binalardan birində partlayış baş verib.   Sfera.az xəbər verir ki, partlayış iki mərtəbəli binanın uçmasına səbəb olub. ...

Təyyarədə çaxnaşma: Sadəcə bir əşya təyyarənin yanğına səbəb oldu - FOTO

Sidneydən Hobarta gedən VA1528 saylı Virgin Australia reysi ilə uçan sərnişinlər eniş zamanı əsl şok yaşayıblar.    Sfera.az bildirir ki, &ldquo...

Şəmkirdə boğazına yelləncək ipi dolanan yeniyetmə öldü

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.   Belə ki, 2010-cu il t...

Emin Ağalarov "Dream Fest"ə ailəsi ilə birlikdə qatıldı - VİDEO

Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına ailəsi ilə birlikdə qatılıb.   Sfera.az xəbər v...

Bank of Baku-dan maliyyə savadlılığına töhfə

Bank of Baku rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam...