Logo

Ərdoğan İlham Əliyevi təbrik edib

Ərdoğan İlham Əliyevi təbrik edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevə ad günü münasibətilə təbrik ünvanlayıb.

Sfera.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Prezident, əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR