İran-İsrail münaqişəsinin Azərbaycan üçün hansı təsirləri ola bilər? - AÇIQLAMA

İran-İsrail münaqişəsinin Azərbaycan üçün hansı təsirləri ola bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. İsrailin Baş naziri Benyamin Netanyahu İranın ölkəsinə qarşı kütləvi raket hücumunu böyük səhv adlandırıb və Tehranın buna cavab verəcəyini bəyan edib.

 

Hər iki ölkə ilə bir çox sahədə əlaqələrimiz var.

 

İran-İsrail münaqişəsi uzanarsa, bunun Azərbaycan üçün hansı təsirləri ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, İran-İsrail müharibəsi anlayışı bu gün real deyil.


N.Miri qeyd edib ki, nə İsrail, nə də İran müharibə istəyir:

 

“İsrailin İranı yer üzündən silmək üçün potensialı yoxdur, çünki bunu etmək üçün böyük quru qoşunlarına ehtiyac var. İran böyük dövlətdir və əhalisi də dəfələrlə İsraildən çoxdur. İran da belə müharibə istəmir. İran bilir ki, İsrail tək deyil, onun ABŞ, İngiltərə kimi havadar dövlətləri var. Uzunmüddətli müharibədə İranın qələbə qazanmaq imkanı olmadığı kimi, İsrailin də iqtisadiyyatının darmadağın olması, hətta hakim rejimin çökməsi təhlükəsi var.Bu, ABŞ və koalisiyasının da marağında deyil, onlar əsgərlərini İrana göndərib öldürtmək istəmir. Sadəcə İran bəzən belə süni qarşıdurma yaratmaqla yeni şəkillənən dünyada öz rolunu artırmaq istəyir. Eyni zamanda, Yaxın Şərqdə İslam dünyasına ağalıq etmək fikrinə düşüb. İranın həm Yaxın Şərq, həm də Cənubi Qafqazda təsirini artırmaq üçün iştahı var. Lakin edə biləcəyini düşünmürəm”.


Siyasi şərhçi qeyd etdi ki, müharibə olarsa, bu, humanitar faciəyə çevrilə bilər:

 

“Müharibə olmadığı təqdirdə region, xüsusən də Azərbaycan üçün elə böyük təhlükələr olmayacaq. Əgər olarsa, əlbəttə, onun ciddi nəticələri olacaq. İran əhalisi 80 milyondan çoxdur. Bunun yarısını azərbaycanlılar və digər türklər təşkil edir. Bu insanların öz yurdlarını tərk etdiyi təqdirdə, təbii ki, Azərbaycan və Türkiyəyə yönələcəkləri bəllidir. Bu da Azərbaycan üçün böyük humanitar faciə yaradacaq hadisədir”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.   ...

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   ...

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...