"Prezidentin bu tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq" - Ombudsman

"Prezidentin bu tövsiyələri fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq" - Ombudsman

Prezidentin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə etdiyi çağırışlar və tövsiyələr bu sahədə gələcək fəaliyyətimizin əsas prioritet istiqamətləri olacaq.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Konfransında çıxışı zamanı deyib.

 

O, Prezident İlham Əliyevə foruma ünvanladığı müraciətə görə təşəkkür edib:

 

"Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşının təməl hüquqları uzun illər ərzində kobud şəkildə pozulmuş bir ölkənin Ombudsmanı olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin təminatçısı, keçmiş məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıtmalarına zəmin yaratmış, bununla da onların insan hüquqlarının təmininə nail olmuş ən böyük hüquq müdafiəçisi - Azərbaycan dövlətinin başçısı İlham Əliyevə Beynəlxalq Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətə görə dərin minnətdarlığımı bildirirəm".


OXŞAR XƏBƏRLƏR