"Komissiyanın fəaliyyəti aktiv xarakter daşımalıdır" - Sahibə Qafarova

"Komissiyanın fəaliyyəti aktiv xarakter daşımalıdır" - Sahibə Qafarova

“Vətən müharibəsindən sonra düşmən məğlub olsa da, xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr təxribatlara davam edir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 30 sentyabr tarixli iclasında parlamentin sədri Sahibə Qafarova “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında” məsələnin müzakirəsi zamanı deyib.

 

“Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə və milli maraqlarımıza xələl gətirməyə yönəlmişdir. Bir sıra hallarda üstüörtülü təhdidlərlə qarşılaşırıq. Bu baxımdan hesab edirəm ki, komissiyanın fəaliyyəti aktiv xarakter daşımalıdır”, - sədr bildirib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR