VII çağırış Milli Məclis İŞƏ BAŞLADI - YENİLƏNİB

VII çağırış Milli Məclis İŞƏ BAŞLADI - YENİLƏNİB

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü ilin payız sessiyasının ilk iclası keçirilir.

 

Sfera.az xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasını açıq elan edib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Sahibə Qafarova payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib və Milli Məclisə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

 

 

11:03

 

Bu gün VII çağırış Azərbaycan Respublikası Milli Məclisi öz işinə başlayır.

 
Sfera.az xəbər verir ki, 2024-cü il payız sessiyasının ilk iclası saat 12:00-da keçiriləcək.


Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.


Qeyd edək ki, qanuna görə, hər bir deputata Azərbaycan Respublikası Milli Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.

 

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Milli Məclisin qərarı ilə təsdiq edilir.

 

İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrin tərkibi formalaşacaq.

 

Qeyd edək ki, Milli Məclisin 15 komitəsi var. Ötən iclasda komitələrin sədrləri və sədr müavinləri seçilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ayın 1-nə olan hava proqnozu AÇIQLANDI

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşer...

Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını ÇAĞIRDI

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Livandakı vəziyyətlə əlaqədar bu gün Aİ xarici işlər nazirləri...

Milli Məclisin komitələrinin tərkibi formalaşdı

VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrin tərkibi formalaşıb.   Sfera.az xəbər verir ki, komitələrin üzvlərinin seçilməsi haqqı...

Bu qatarların hərəkət dövriyyəsi dəyişir -CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik e...

"Zelenskinin "Qələbə planı"nıukraynalılar da görəcək" - Yermak

“Zelenski "Qələbə planı"nı vətəndaşlara da göstərmək niyyətindədir”.   Sfera.az bildirir ki, bunu Ukrayna Prezident Aparatının ...

Azərbaycanda ev qiymətinə olan nömrələr SATIŞDA - SİYAHI

Azərbaycanda olduqca yüksək qiymətə mobil telefon nömrələri satışa çıxarılıb.   Sfera.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki,...