Baydendən Putinin təhdidinə SƏRT CAVAB: 8 milyard dollarlıq...

Baydendən Putinin təhdidinə SƏRT CAVAB: 8 milyard dollarlıq...

ABŞ Rusiya lideri Vladimir Putinin nüvə silahı doktrinasını dəyişmək təhdidinə cavab verib.

 

Sfera.az bildirir ki, Qərb liderləri arasında ən sərt cavab Ağ Ev rəhbərindən gəlib. 

 

Belə ki, Putinin nüvə bəyanatından təxminən 12 saat sonra Vaşinqton Ukraynaya 8 milyard dollarlıq yeni silah yardımı paketini açıqlayıb. Yeni paketdə 500 km mənzilli ATACMS raketləri olmasa da, təyyarələrdən atılan yüksək dağıdıcı gücə malik 130 km mənzilli AGM-154 JSOW kaset bombaları yer alıb.

 

Nəticədə, Ukrayna yeni qanadlı bombaları ilə Donetsk, Luqansk, Xarkov və Zaparojye cəbhələrində irəliləyən rus qoşunlarını uzaqdan məhv etmək imkanı əldə edəcək.

 

Ekspertlər Zelenski ilə dünənki ikitərəfli sammitdən əvvəl Co Baydenin yeni silah paketini açıqlamasını Putinlə hesablaşma kimi şərh edib. Buna baxmayaraq, ABŞ-nin raket məsafəsi məhdudiyyətini saxlayacağı gözlənilir.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasında dəyişikliklər edildiyini açıqlamışdı.  Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. 

 


Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR