Baydenlə Zelenski Nyu-Yorkda GÖRÜŞDÜ
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydenlə görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Zelenskinin ofisinə istinadən “Ukrainskaya pravda” yayıb.
Bildirilib ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.
“Volodimir Zelenski görüş zamanı əsas diqqəti “Qələbə planı” məsələsinə çəkib. Liderlər bu məsələni sentyabrın 26-da Vaşinqtonda danışıqlar zamanı müzakirə etmək barədə razılaşıblar”, - məlumatda qeyd olunub.






