Ermənistanın sülh prosesini uzatmaqdakı əsas məqsədi nədir? - Politoloq gizlinləri açdı

Ermənistanın sülh prosesini uzatmaqdakı əsas məqsədi nədir? - Politoloq gizlinləri açdı

İki gün öncə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanın sülh istəmədiyini, vaxtı uzatdığını bildirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, bir çox dairələr hələ də Ermənistanı silahlandırmaqda davam edir, münaqişənin Azərbaycanın xeyrinə həll edilməsini istəmirlər.

 

Onun sözlərinə görə, İrəvan süni olaraq prosesi uzadır, razılaşdırılmış müddəalar qəflətən sülh müqaviləsindən çıxarılır:

 

“Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistan sülh istəmir. Məqsəd məsələni uzatmaq və bu vaxt prosesində silahlanmaq, yenidən revanşa hazırlaşmaqdır. İrəvan artıq həllini tapmış Qarabağ məsələsini ortaya atır, Azərbaycanla yenidən münaqişə yaratmağa çalışır. Nə Ermənistan, nə də onun havadarları mövcud status-kvo ilə barışmaq istəmirlər. Ermənistan Qərbdəki havadarlarını bölgəyə gətirməklə Azərbaycana qarşı güc nümayişi həyata keçirmək niyyətindədir. Hansı ki, bu dövlətlər Ermənistanla birlikdə hərbi təlimlər həyata keçirirlər. Rəsmi Bakı isə dəfələrlə bildirib ki, bölgəyə kənar qüvvələrin gətirilməsi yolverilməzdir”.

 

Z.Əmrəliyev qeyd edib ki, Azərbaycan məsələnin vasitəçisiz həll edilməsində də maraqlıdır:

 

“Ancaq Ermənistan başqa dövlətlərin arxasında gizlənmək istəyir. Artıq bu ölkəni idarə edənlər anlamalıdır ki, bu coğrafiyada təhlükəsiz yaşamağın yolu qonşulara qarşı hazırda mövcud olan siyasətlərinə ciddi düzəlişdən keçir. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı haqsız iddialarından əl çəkməli və normal ikitərəfli əlaqələrin qurulmasında maraqlı olmalıdır. Bunun əksi isə sadəcə İrəvan üçün ziyandır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, maddi-mədəniyyət abidələrimizi məhv edən, 1 milyondan çox soydaşımızın məcburi köçkün halında yaşamasına səbəb olan, işğal zamanı çoxsaylı qırğınlar törədən Ermənistan bu məsələlərin üstündən keçməyə çalışır. Belə real faktların mövcud olması və müharibədə məğlub olmasına baxmayaraq, Ermənistan hələ də sülh məsələsindən boyun qaçırır”.

 

Ekspert xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra heç kim faşist Almaniyasına sülh təklif etməyib:

 

“Almaniya kapitulasiyaya uğramış dövlət kimi cəzalandırıldı. Ötən əsrin sonları, yeni əsrin əvvələrində baş vermiş münaqişələrdə də bu üsul tətbiq edildi. Küveyti işğal etmiş İraq ciddi şəkildə cəzalandırıldı, Serbiya Balkanlarda törətdiyi müharibəyə görə bombalandı. Hazırda da Ukrayna məsələsinə görə Rusiyaya qarşı eyni mövqe sərgilənir. Ancaq məsələ Ermənistan olduqda Qərbin ədalət yanaşması tamam başqa cür işləyir. Tarixdə ilk dəfədir ki, işğalçı və müharibədə məğlub olub kapitulasiyaya imza atmış bir ölkə cəzalandırılmır, əksinə ona yardım göstərilir. Bu isə beynəlxalq hüquqa olan inamın ciddi şəkildə zədələnməsinə səbəb olur”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...