Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirildi

Qubada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirildi

Quba Rayon Polis Şöbəsinin, eləcə də ETSN-nin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində birgə nəzarət-profilaktiki tədbir keçiriblər.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

"Keçirilən tədbir zamanı məişət tullantılarını urnalardan kənara atılmasına, ərazidə antisanitar vəziyyət yaradılmasına görə, rayonun Barlı kənd bələdiyyə sədri ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR