"Rusiya bizim üçün “müqəddəs məkan” deyil, istənilən vaxt..." - İranın Qərbə verdiyi MESAJ

"Rusiya bizim üçün “müqəddəs məkan” deyil, istənilən vaxt..." - İranın Qərbə verdiyi MESAJ

Ötən gün İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən Rusiyanı təcavüzkar adlandırıb: "Biz dialoq və danışıqlar üçün avropalılar və amerikalılarla danışıqlar masasına oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü bəyənməmişik”.

 

İran prezidenti qeyd edib ki,  Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərblə danışıqlar aparmağa çalışır. Pezeşkian həmçinin İranın Rusiyaya ballistik raketlər ötürdüyü barədə məlumatları təkzib edib. Bu çıxış isə dünya mediasında müzakirələrə səbəb olub.

 

Maraqlıdır, Pezeşkianın bu bəyanatı Kreml tərəfindən necə qəbul olunacaq? Bu çıxış İran-Rusiya münasibətlərinə hansısa formada təsir edə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, Məsud Pezeşkianın son açıqlaması Rusiyanı narahat edən məqamdır:

 

“Rusiya anlayır ki, bu cür açıqlama nəyə görə birdən-birə ortaya çıxıb. Hələlik verilən açıqlamalar Moskvanın daha ehtiyatlı davrandığını göstərir. İndiki vəziyyətdə Rusiya Qərblə mübarizə kontekstində İranla münasibətlərini korlamaq istəmir. Çünki İran-Rusiya əməkdaşlığı Ukrayna savaşında bu ölkənin maraqlarına uyğundur. Rusiya özünün bəzi pilotsuz təyyarə və dronlarını istehsal edənə qədər onun bu ehtiyacını məhz Tehran qarşılayır. Üstəlik bəzi ballistik raketlərin Rusiyaya ötürülməsi istiqamətində informasiyalar var. Qərb buna görə İrana yeni sanksiyalar tətbiq edir və bunu bir növ İrana təzyiq etmək üçün bəhanə olaraq istifadə edir. Rusiya hələlik iki ölkə arasındakı danışıqlar fonunda bu məsələnin media səviyyəsində biruzə verilməsinə imkan verməyəcək. 

 

Ancaq bağlı qapılar arxasında bu məsələlər ciddi müzakirə predmeti olacaq.  Ən azından Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iki dəfə ard-arda İrana getməsi təsadüfi deyil. Bu, ciddi problemin olduğunu göstərir. İran prezidentinin birdən-birə Rusiyanı “təcavüzkar” adlandırması isə başqa sualdır. Bu, dolaysıyla Rusiyaya xatırlatmadır, yəni sən İranın maraqlarını nəzərə almasan, İranın özünün saydığı üç adanı (Kiçik Tunb, Böyük Tunb və Əbu Musa) BƏƏ-nin ərazisi kimi qəbul etsən, bunu bəyan etsən, paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı Tehranın maraqları nəzərə alınmadan Azərbaycanla anlaşsan, biz də bu cür adekvat addımlar ata bilərik. Məsud Pezeşkianın son açıqlaması Rusiyaya xəbərdarlıqdır”.

 

Politoloq bildirdi ki, İran prezidentinin bəyanatı həm də Qərbə verilən mesajdır:

 

“Bu, Qərblə danışıqlar üçün qapının açıq saxlandığına işarədir. İran demək istəyir ki, Rusiya bizim üçün “müqəddəs məkan” deyil. Lazım olduğu təqdirdə, Rusiya çox asanlıqla xərclənə, hətta İran ABŞ və Qərb dövlətləri ilə əməkdaşlıq da edə bilər. Qərb mesajı nə dərəcədə ciddi qəbul edəcək, bunu gələcək addımlar, proseslər müəyyənləşdirəcək. Bilirsiniz ki, Qərb, xüsusilə də ABŞ sözə deyil, daha çox əməli fəaliyyətə inanır. Eyni zamanda İrandan Yaxın Şərqdəki məsələlərlə bağlı daha ehtiyatlı davranış tələb olunur. İranın İsraillə birbaşa münaqişəyə girməsi istənilmir. Çünki ABŞ-də prezident seçkiləri öncəsi belə bir müdaxilə olarsa və İsrail-İran qarşıdurması baş verərsə, əlbəttə, bu, demokratların nüfuzuna ciddi zərbə vuracaq. Bu baxımdan düşünürəm ki, ABŞ-nin İrandan bu yöndə müəyyən istəkləri olacaq. Yəni İsrailin bu gün Livana hücum etməsi dolaysıyla İranı oyuna cəlb etmək istəyidir. Bunu ABŞ anlayır və İrana da anladır. Perspektivdə ABŞ-İran danışıqları mümkündür, bu istiqamətdə qapılar açıq saxlanılıb. Nəticənin nə olacağını sonda görəcəyik. Bu da Ruisya-İran münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Belə olduğu halda, Rusiya dərhal hərəkətə keçəcək – İran rəsmiləri ilə görüşməyə çalışıb bu məsələləri aydınlaşdırmağa, öz xeyrinə həll etməyə çalışacaq. Rusiya indiki vəziyyətdə İranın başqa güc mərkəzinə yönəlməsinə imkan vermək istəmir. Son bəyanat həm də İranın Rusiyaya təzyiqidir”.

 

Günay Rəsulqızı 


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlə...

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...