"Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir" - Prezident

"Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir" - Prezident

Müstəqil, prinsipial, xarici siyasət bizim əsas istiqamətimizdir.

 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.

 

“Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər”, - deyən dövlət başçısı belə cəhdlər olduğunu və olacağını bildirib. Deyib ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq”, - deyə Prezident qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Ukrayna daha bir nöqtədən HÜCUMA KEÇDİ - Əməliyyat genişlənir

Ukrayna ordusu Kursk vilayətinin başqa bir nöqtəsindən Rusiya ərazisinə daxil olub.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Ukrayna Hava Hüc...

Zodiakın ən saf və məsum BÜRCLƏRİ

Astrologiya həm də insanların xarakterləri və davranışları haqqında məlumat verir.  Bəzi bürclər təbiətcə daha məsum, saf və yaxşı niyyətli hesab olunurlar...

Sulu qar, leysan yağacaq, sel gələcək... - Bu tarixdən HAVA KƏSKİN DƏYİŞİR

Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyr-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Sfera...

Bu şirkət “İntel”i almaq istəyir: çip bazarında rəqabət güclənir

ABŞ-nin yarımkeçiricilər (çip) istehsalçısı olan “Qualcomm” şirkəti rəqibi “İntel” şirkətini almaq istəyir.   Sfera.az xəbər ...

Naxçıvana bileti “SİMA İmza” ilə ala bilərsiniz

AZAL oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı SİMA rəqəmsal imza tətbiq etməyə başlayacaq. Bu yenilik sözügedən istiqa...

İlham Əliyev iranlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.   Sfera.az-ın məlumatına gör...