Logo

Tramp üçün son şans - Növbəti seçkilərdə namizəd olmayacaq

Tramp üçün son şans - Növbəti seçkilərdə namizəd olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə bir daha namizəd olmayacağını bəyan edib.

Sfera.az xəbər verir ki, Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində uduzacağı təqdirdə yenidən prezidentlik yarışına qatılmaq fikrində olmadığını açıqlayıb.

ABŞ-nin keçmiş prezidenti jurnalist Şaril Atkissonun proqramında iştirak edib və seçki prosesini dəyərləndirib.

Jurnalistin “seçkilərdə uduzsanız 2028-ci il prezident seçkilərinə girməyi düşünürsünüzmü” sualına Tramp belə cavab verib: "Xeyr, belə düşünmürəm. Düşünürəm ki, bu seçki son olacaq. Amma ümid edirəm ki, uğur qazanacağıq".

Xatırladaq ki, hazırda Trampın 78 yaşı var və 2028-ci ildə onun 82 yaşı tamam olacaq.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR