Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Əlahəzrət,

 

Əziz Qardaşım,

 

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

 

Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.

 

Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.

 

Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.

 

Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.

 

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


OXŞAR XƏBƏRLƏR

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

Milli Məclisin komitələrinə sədr SEÇİLİR

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni A...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...

Tramp üçün son şansdır: “Yenidən bu yarışa qatılmayacam”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə bir daha namizəd olmayacağını bəyan edib.   Sfe...

İlham Əliyev: "Bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"

İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin sa...