Logo

"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski

"Plan hazırlayıb ruslara göndərəcəyik" - Volodimir Zelenski
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kiyev Rusiya ilə danışıqlar planı hazırlayır.

Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Biz plan hazırlayıb ruslara göndərəcəyik” -  “The New Yorker” jurnalı Ukrayna liderindən sitat gətirib.

Məlumata görə, Zelenski həmçinin bildirib ki, Kiyev dialoqa hazır olduğunu nümayiş etdirməli və “konstruktiv” olmalıdır.

Qeyd edək ki, Zelenski sentyabrın 22-də ABŞ-yə səfər edib. O, prezident Co Baydenlə Rusiyaya Qərb silahları ilə zərbələr endirməyə icazə verən qələbə planını müzakirə etmək üçün gedib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin bu icazənin NATO-nu münaqişəyə cəlb edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR