Milli Məclisin sədr müavinləri onlar olacaq - ADLAR AÇIQLANDI
Siyasət
10:00 / 23.09.2024
1932
Rafael Huseynov və Fariz İsmayılzadə Milli Məclis sədrinin müavini, Əli Əhmədov isə sədrin 1-ci müavini olacaq.
Sfera.az-ın məlumatına görə, onların namizədliyi dəstəklənib. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.