Erkan Özoral: “Azərbaycan və Türkiyədə keçirilən mədəniyyət tədbirləri ölkələrimizin birliyini göstərir”

Erkan Özoral: “Azərbaycan və Türkiyədə keçirilən mədəniyyət tədbirləri ölkələrimizin birliyini göstərir”

"Bizlər soyu, kökü bir olan  eyni millətin iki övladıyıq. Azərbaycanda və Türkiyədə keçirilən qarşılıqlı mədəniyyət tədbirləri bizim ölkələrimizin birliyini göstərir, mədəni dəyərlərimizi təkrar-təkrar öyrənir və təbliğ etmək imkanı qazanırıq.

 

APA nın məlumatına görə bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Heydər Əliyev Sarayında keçirilən "Anadolu rəngləri" konsert proqramında deyib.

 

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin qardaşlığı bir daha sübut olunur: "Bu dövrdə Türkiyə və Azərbaycan arasındakı qardaşlığın əhəmiyyəti bir qat daha artıb. Biz bir birimizi daha yaxından tanıdıqca öz yaxınlığımızın dəyərini daha çox anlayırıq".


OXŞAR XƏBƏRLƏR