Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna nə qədər əsgər itirib? - Zelenski məşhur nəşrin iddiasını YALANLADI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə Ukraynanın əsgər itkisi ilə bağlı ABŞ-nin “The Wall Street Journal” nəşrinin iddialarını təkzib edib. 


Sfera.az xatırladır ki, sentyabrın 17-də Amerikanın “The Wall Street Journal” qəzeti 2022-ci ilin fevralından 2024-cü ilin əvvəlinə qədər müharibədə 80 min ukraynalı hərbçinin həlak olması, 400 min nəfərin isə yaralanması haqqında xəbər yayıb. Qəzet Rusiya tərəfinin itkilərinin daha çox olduğunu, ölənlərin sayının təxminən 200 000-ə, yaralıların isə sayının təxminən 400 000-ə çatdığını iddia edib.


Ukrayna tərəfinin itkiləri ilə bağlı iddialara cavab verən prezident Zelenski Qərb jurnalistlərinin verdiyi rəqəmlərin reallığı əks etdirmədiyini bildirib. Dövlət başçısı müharibədə Ukraynanın itkilərinin daha az olduğunu qeyd edib: “Ukrayna Silahlı Qüvvələrinin müharibədə artıq 80 min hərbçi itirdiyi barədə məlumatlar yalandır. Real rəqəm əhəmiyyətli dərəcədə azdır".


 Vasif


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...