ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.

 

Sfera.az xəbər verir ki, sərgi və forum çərçivəsində Çinin Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyəti Sian limanından Avropaya konteyner blok qatarının yola salınması mərasiminə qatılıb.

 

Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi qiymətləndirib.

 

Vüsal Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən infrastruktur layihələrinə investisiya yatırılmasının davam etdirildiyini və atılan addımların Çin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyini bildirib.

 

Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.

 

Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.

 

Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.

 

Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...