Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi
Kateqoriya məlum deyil
T

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy rayonunda keçirilən vida mərasimi başa çatıb.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, şəhidin nəşi Gədəbəy Şəhidlər Xiyabanında dəfn olunub.

 

Dəfn mərasimində şəhidin doğmaları, Gədəbəy Rayon Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR