Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bildirilir ki, Harris bu addımı ilə seçkiqabağı xarici siyasi platformasını genişləndirməyə çalışacaq. Eyni zamanda, Respublikaçılar Partiyasının namizədi Donald Trampın da Zelenski ilə görüşmək niyyətində olduğu məlum olub. 

 

Ukrayna lideri ilə görüş seçkiqabağı namizədlərə hansısa üstünlük qazandıra bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Zelenski ilə görüş əslində seçki platformasının tərkib hissəsi sayıla bilər:

 

“Hazırda Amerikanın dövlət maraqları içərisində Ukraynada gedən müharibəni müdafiə etmək və bununla da Rusiyaya təsir etmək ən prioritet məsələlərdən biri sayılır. Hələ ki demokratların sərgilədiyi mövqedən belə görünür. Düzdür, Tramp müharibəni dayandıracağını açıqlamışdı, buna baxmayaraq, onun mövqeyi hələ bəlli deyil. Yəni o, prezident seçiləcəksə, bu mövqedə qalacaq ya yox, bilinmir..Çünki orada buna yalnız Tramp qərar vermir, ABŞ dərin dövlətdir və qərarların icrası məsələsi Ağ Evin rəhbərindən asılı deyil. Dərin dövlət özü bildiyi kimi hərəkət edə bilər. Məsələnin önəmli tərəfi odur ki, Kamala Harris Zelenski ilə görüşə ciddi maraq göstərir. Harris Demokratların namizədidir və  Ukrayna savaşının gedişində də demokratların canfəşanlığını görmək olur”.

 

S.Hümbətov qeyd etdi ki, Zelenski-Tramp görüşündə bir başqa mənzərə sərgilənə bilər:

 

“Tramp pərdəarxasında “Sən müharibəni davam etdirsən, hakimiyyətə gəldiyim müddət ərzində bu dəstəyi kəsə bilərəm” və ya “Arxada dəstək göstərəcəyəm” kimi də ifadələr səsləndirə bilər. Amma Kamala Harrisin Zelenski ilə görüşündə hakimiyyətə gəldiyi müddətdə indiki ABŞ-nin Ukrayna siyasətini dəstəklədiyini bəyan etməsi mümkündür. Əslində burada münasibətlər çox qarışıqdır. Tam olaraq nəticənin nədən ibarət olacağını istiqamətləndirmək çətindir. Hər vəziyyətdə namizədlər Ukrayna, Zelenski üzərindən özlərinə seçki platformasında daha çox elektorat toplamağa çalışacaqlar”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...