Logo

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi

Rusiya yeni hərbi müttəfiq tapdı - Saziş ratifikasiya edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Putin Rusiya üçün yeni hərbi müttəfiq tapıb.

Sfera.az bildirir ki, Rusiya prezidenti Cənubi Osetiya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişi ratifikasiya olunmaq üçün Dövlət Dumasına göndərib. Sənəd qanunvericiliyə dəstək sisteminin saytında dərc olunub.

“Rusiya Federasiyası ilə Cənubi Osetiya Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında saziş ratifikasiya edilsin”, – sənədin mətnində qeyd edilib.

Bildirilib ki, Rusiya və Cənubi Osetiya arasında hərbi-siyasi əməkdaşlıq iki ölkə üçün mühüm prioritet olaraq qalır:

“2009-cu ildə ilk sazişin imzalanmasından sonra dostluq və qarşılıqlı yardıma əsaslanan əməkdaşlıq regionda davamlı təhlükəsizlik yaradıb”.

Günay 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR