"ABŞ özü Ermənistanı silahlandırır, atdığı addımlar sülhə xidmət etmir" - AÇIQLAMA

"ABŞ özü Ermənistanı silahlandırır, atdığı addımlar sülhə xidmət etmir" - AÇIQLAMA

Dünən ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Onlar Ermənistan-Azərbaycan münasibətlərindən, o cümlədən COP29-dan danışıblar. Blinken sülh razılaşması ilə bağlı irəliləyişləri dəstəklədiklərini bildirib.

 

Bu konteksdə maraqlıdır, ABŞ iki ölkə arasında sülh razılaşmasını dəstəkləyirsə, Fransanın timsalında müttəfiqlərinin fərqli düşüncədə olması məsələyə necə təsir göstərəcək? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, ABŞ hər zaman Ermənistan-Azərbaycan arasındakı sülh müqaviləsini dəstəklədiyini bildirir:

 

“Amma fikrimcə, hələ ki atdığı addımlar sülhə tam xidmət etmir. İstər Ermənistanda təlimə gətirdiyi hərbçilərin orada saxlanılması olsun, istər İrəvanla olan iqtisadi, siyasi, hərbi sahədə olan əlaqələr bunu deməyə əsas verir.  Məsələn, 5 aprel tarixində imzalanmış üçlü paktın icra olunması da buna aiddir. Bütün bunlar ABŞ ilə bağlı ciddi problemlərin olduğunu göstərir”.

 

Politoloq bildirdi ki, Qərb isə danışanda “Vaşinqtonun ağzına baxır”:

 

“Avropa İttifaqı, ona üzv olan istər aparıcı, istər sıravi dövlətlər olsun, ABŞ-nin nə söylədiyinə xüsusi diqqət yetirirlər. Düşünürəm ki, ABŞ ilə münasibətlər normallaşacaqsa, bu, Fransanın Ermənistanı silahlandırması məsələsinə ciddi təsir göstərə bilər. Son nəticədə bu da  bölgəyə təhlükəsizlik baxımından töhfə verər. Amma ABŞ özü də Ermənistanı silahlandırır. Rəsmi Parisin addımlarından danışmağa belə dəyməz. Fransa bölgədə İrəvanın millitarlaşmasını sürətləndirir.  Bu da yaxşı əlamət deyil. Fikrimcə, ABŞ burada öz maraqlarını təmin edə bilmək nöqtəsinə çatacaqsa, o zaman həm Fransaya, Ermənistana, həm də digər Avropa dövlətlərinə bu və ya digər formada təsir göstərə bilər”.

 

Günay Rəsulqızı

 
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...