Parisin mənfur siyasəti: "Əvvəl Ermənistana 29 milyon avro verir, sonra isə..." - ŞƏRH

Parisin mənfur siyasəti: "Əvvəl Ermənistana 29 milyon avro verir, sonra isə..." - ŞƏRH

Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib ki, ölkəsi Ermənistana 29 milyon avro verəcək. Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. XİN başçısı onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.

 

Bu konteksdə, Fransa Ermənistanı böyük müharibəyə hazırlaşdırır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransanın Ermənistana 29 milyon avro ayırması konkret formada desək, xeyrə əlamət deyil:

 

“Əslində iki dövlət arasında əlaqələrin inkişafı, o cümlədən tərəflərdən birinin digərinə maliyyə vəsaiti ayırması tamamilə onların özlərindən asılı məsələdir. Amma nəzərə almaq lazımdır ki, söhbət Fransadan gedir. O Fransa ki, artıq regionla bağlı mənfur niyyətini gizlədə bilmir. Paris regiondakı təsir imkanlarını qorumaq məqsədilə bölgənin ən zəif bəndi olan Ermənistandan istifadə edir. Bu ölkə yaxşı başa düşür ki, mümkün sülh və əməkdaşlıq mühitinin təmin olunması kənar güclərin, o cümlədən onun özünün bölgəyə müdaxiləsinin qarşısını alacaq. Odur ki, bütün imkanları ilə münasibətlərin normallaşmasına mane olmağa çalışır. Qətiyyən istisna deyil ki, sülh istiqamətində əldə olunan irəliləyiş, həmçinin Bakı ilə İrəvan arasında ikitərəfli təmasların intensivləşməsi Yelisey Sarayını narahat edir. Ona görə də “sehrli çubuğu” işə salır. Fransanın region və Ermənistanla bağlı mövqeyini nəzərə alsaq deməliyik ki, S.Sejurnenin İrəvana səfərində və əldə olunan razılaşmaların arxasında da konkret məqsədlər dayanır”.

 

Kənan Novruzov bildirdi ki, Fransanın Ermənistana 29 milyon avro ayırmasının əsas məqsədi İrəvanı Moskvanın təsirindən daha çox çıxarmaq və özündən asılı vəziyyətə salmaqdır:

 

“Paris “kökə və qamçı” siyasəti üzərindən çıxış edir. Əvvəl silahlandıraraq Ermənistandakı mövcud Nikol Paşinyan hakimiyyətinin “başının altına yastıq qoyur”, sonra isə “ev tapşırıqlarını” verir. Fransa və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığa gəldikdə isə deməliyik ki, bu gün rəsmi Paris rəsmi  rəvanı sürətlə silahlandıran əsas dövlətlərdəndir. Dünənki mətbuat konfransında müdafiə sahəsində əməkdaşlıqla bağlı rəsmi bəyanatın verilməsi onu düşünməyə əsas verir ki, bundan sonra daha ciddi addımlar atılacaq. Bu kontekstə Fransanın Ermənistana təkcə müdafiə silahları yox, həm də ölümcül silahlar verməsi tamamilə mümkündür. Yaxın vaxtlarda bunun şahidi ola bilərik. Bu isə öz növbəsində Ermənistanın hərbi təxribatlarını intensivləşdirməsi ilə nəticələnə bilər. Ümumiyyətlə, Fransa Ermənistana hərbi və maliyyə yardımı ilə bunlara nail olmaq istəyir: Ermənistanı Rusiyanın təsir dairəsindən daha çox çıxarmaq; Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olmaq; Regionda vəziyyəti gərgin saxlamaq; Bütün bunlar isə nə region, nə də Ermənistan üçün yaxşı nə isə vəd edir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...