Oqtay Əsədovun xanımı vəzifəsindən AZAD EDİLDİ - FOTO

Oqtay Əsədovun xanımı vəzifəsindən AZAD EDİLDİ - FOTO

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı işdən çıxarılıb. 

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Zemfira Əsədova öz ərizəsi 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib. 

 

Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib. 

 

175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib. 

 

Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir olub. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi-uşaq bağçasının ("Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...