Meksikanın Müstəqillik Günü Şuşa şəhərində QEYD OLUNDU

Meksikanın Müstəqillik Günü Şuşa şəhərində QEYD OLUNDU

Azərbaycanın mədəniyyət paytaxtında Meksika Müstəqilliyinin 214-cü ildönümü qeyd olunub. Sentyabrın 4-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü şərəfinə təntənəli mərasim keçirilib.

 

Meksika səfirliyindən Sfera.az-a verilən xəbərə görə, mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış ediblər.

 

İki ölkə və iki xalq arasında dostluq, həmçinin münasibətlərin inkişafı və çoxsaylı sahələrdə əlaqələrin dinamikası qeyd olundu. Eyni zamanda, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.

 

Səfir Romero qeyd edib ki, Meksika ilə Azərbaycan arasında məsafəyə baxmayaraq, hər iki ölkə arasında bir sıra oxşarlıqlar yer alır: hər iki ölkə əlverişli coğrafi yerləşməyə, təbii sərvətlər və enerji zənginliyi, minilliklərin mədəni irsi, qonaqpərvərliyin qədim ənənəsinə malikdirlər, eyni zamanda mədəniyyətlər və sivilizasiyalararası bağ qismində çıxış edirlər.

 

Səfir iqtisadi-ticari, mədəni və təhsil əlaqələrinin getdikcə möhkəmlənməsinə dair niyyəti bir daha təsdiqləyib. Bu xüsusda, xalqlarımızın qarşılıqlı yaxınlaşmasında mədəniyyət və idman diplomatiyasının rolunu önə çəkib.

 

Mərasim çərçivəsində Meksika və Azərbaycan mədəniyyətlərinin sintezi formatında musiqi əsərləri təqdim edilib. Mədəni proqram Şuşa sakinləri tərəfindən isti qarşılanıb.

 

Səfir Romeronun Şuşaya səfəri çərçivəsində şəhərin görməli yerləri ziyarət olunub.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...