Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: "Yalan danışırlar...”

Şəhid məqalələrinin silinməsi ilə bağlı AÇIQLAMA: "Yalan danışırlar...”

“Şəhid məqalələrinin silinməsini müdafiə edən vikipediyaçılar sadəcə olaraq yalan danışırlar”.

 

Sfera.az xəbər verir ki, bunu 10 ildən çox Vikipediyada Azərbaycanca inzibatçı kimi fəaliyyət göstərdiyini deyən Nihat Vəlizadə bildirib. O özü haqqında qısa məlumat verərək bunları qeyd edib:

 

“Mən Azərbaycanca Vikipediyada fəaliyyətim boyunca 100 mindən çox redaktələr etmişəm. 2017-ci ildə Kanadanın Montreal şəhərində keçirilən Vikimaniyada və 2023-cü ildə Torontoda keçirilən "WikiConference North America"da Azviki icmasını təmsil etmişəm. Bu il 2 tədbirə dəvət ediblər. Birinci tədbir İstanbulda keçirilməsi planlaşdırılan "Wikimedia CEE Meeting 2024"dür. Digəri isə Amerika Birləşmiş Ştatlarının İndiana ştatının Indianapolis şəhərində keçirilməli olan "WikiConference North America 2024". Məni bu qədər yerə dəvət ediblərsə, deməli, vikipediyaçı olaraq qəbul edir və tanıyırlar”.

 

N. Vəlizadə son günlər səs-küy yaradan şəhid məqalələrinin silinməsi ilə bağlı öz fikirlərini də bölüşüb.

 

“Şəhid məqalələrinin silinməsini müdafiə edən vikipediyaçılar şəhidlər haqqındakı məqalələri saplantı halına gətiriblər. Azvikidə 200 mindən çox məqalə mövcuddur. Bu məqalələrin təxminən 70 mini botla (proqramla) yaradılıb. Bir sözlə, silinməli olan o qədər məqalə var ikən, şəhid məqalələrinin silinməsinə heç bir zərurət yoxdur. Şəhid məqalələrinin silinməsi onların Google panellərini tamamilə sıradan çıxaracaq. Bu işdə əli olan adamlar "Facebook"da fəal olan kütlənin Vikipediyadan məlumatsız olmağından istifadə edib özünə xal qazanmağa çalışırlar. İkinci bir iddia onan ibarətdir ki, "Wikimedia Fondu" bununla bağlı hansısa inzibatçıya xəbərdarlıq edib. "Wikimedia Fondu"nun əməkdaşlarının belə bir hüququ mövcud deyil. Onlar beynəlxalq tədbirlərdə adi formada iştirak edən adamlardır. Digər tərəfdən, fond heç kimə ayaq üstə xəbərdarlıq etmir. Hamının rəsmi e-mail ünvanı var və lazım olanda ora məktub göndərir. "Wikimedia Fondu" Azərbaycanca Vikipediyanı azərbaycanlılardan ötrü açıb. Bir norveçli üçün Azərbaycanca Vikipediya heç nə ifadə etmir. Bir azərbaycanlı üçün də Norveç Vikipediyası heç nə ifadə etmir. Bu tip lokal Vikipediyalarda hər bir xalqın öz həqiqətlərinin əks olunması tam normaldır. Bunlar sadəcə Roma papasından daha çox katolik olmağa çalışan kimsələrdir”.

 

Asya

 


OXŞAR XƏBƏRLƏR

Yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüks...

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşdü -FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümay...

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalandı - FOTO

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib.   Sfera.az xəbər verir ki, Heydər ...

Leyla Əliyeva uşaq bağçasının açılışında iştirak etdi - FOTOLAR

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub.   Sfera.az xəbər verir ki, açılış m...

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR - Müqayisə

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən müdafiə və təhlükəsizlik məqsədilə ayrılan vəsait 600 milyon manatdan çox artırılacaq.   Sfera.az xəbər ...

Kişilər bu tip qadınlarla sevgili olmaq istəmir - İlk sırada onlardır

Cütlüklər arasında münasibətlərin uzunmüddətli olmaması böyük problemlərdən biridir. Onlar bir-biri ilə anlaşa bilmir və ayrılıq qərarı alırlar. Münasibətlərin ...