"Hər şey Baydendən asılıdır..." - Zelenskidən son hücumlarla bağlı AÇIQLAMA
Ukrayna prezidenti Volodimir Zelenski Kurskla bağlı açıqlama verib.
Sfera.az bildirir ki, o, gözlənilən nəticələrin əldə edildiyini deyib.
“Kurska hücum gözlədiyimiz nəticələri verdi. Xarkov vilayətində düşmənin qarşısı alınıb. Onların Donetsk vilayətində irəliləyişləri səngiyib, lakin orada da işlər çox çətindir”, - Ukrayna lideri qeyd edib.
Rusiyanın Kursk cəbhəsində təqribən 40 min əsgəri olduğunu və əks-hücum etdiklərini bildirən Zelenski, “İndiyə qədər ciddi bir uğur görmədik”, - vurğulayıb.
Zelenski bir neçə maddədən ibarət olan planlarından da söz açıb. O qeyd edib ki, bu, sülh formulunun tam həyata keçirilməsi üçün etibarlı yol aça bilər:
“Bütün bu maddələr isə Baydenin qərarından asılıdır, Putinin deyil”.
Ukrayna lideri planın təfərrüatlarını açıqlamayıb.
Günay