"Lazım gələrsə, Rusiya ilə..." - Trampdan mühüm Ukrayna AÇIQLAMASI
“Amerikalılar Rusiya ilə hərbi münaqişəyə girməməlidir”.
Sfera.az bildirir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. O bu barədə Las-Veqasda çıxışı zamanı danışıb. Tramp, həmçinin Demokrat namizəd Kamala Harrisi tənqid edərək, onun seçilməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib.
“Kamala Harrisə səs verməklə siz Rusiya ilə müharibəyə səs vermiş olursunuz. Rusiya ilə müharibə istəyən varmı? Lazım gələrsə, edəcəyik. Lakin buna imkan verməmək məsləhətdir”, - Tramp qeyd edib.
Donald eyni zamanda Harrisi məcburi hərbi çağırışı bərpa etmək və Amerika gənclərini müharibəyə göndərmək istəməkdə ittiham edib. Bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişəni cəmi bir günə həll edə biləcəyini bildirmişdi.
Günay