Zəngəzur dəhlizi ilə bağlı taktika DƏYİŞİR: “COP29 bitənə qədər...”

Zəngəzur dəhlizi ilə bağlı taktika DƏYİŞİR: “COP29 bitənə qədər...”

“Zəngəzur dəhlizinin açılması hazırda rəsmi Bakının əsas prioritetlərindən biridir”.

 

Bunu Sfera.az-a açıqılamasında siyasi şərhçi Kənan Novruzov deyib. O xatırladıb ki, bu istiqamətdə lazımi diplomatik işlər görülür, lakin İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır:

 

“Rəsmi Tehran bunu özünün “qırmızı xətti” kimi görür. Rusiya və Türkiyə isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ola bilsin ki, iki qonşu ölkənin, xüsusilə Moskvanın mövqeyi gələcəkdə Tehranın bu məsələ ilə bağlı loyal mövqe ortaya qoyması ilə nəticələnsin. Yəni gələcəkdə İranın Zəngəzur dəhlizi ilə bağlı yanaşması dəyişilə bilər. Bu isə öz növbəsində Ermənistanın da mövqeyinə təsir edə bilər. İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbi bu ola bilər: kommunikasiya xətlərinin öz ərazisində keçməsini istəməsi. Xüsusilə nəzərə almaq lazımdır ki, son zamanlar bu, Zəngəzur dəhlizina alternativ variant kimi gündəmdədir”.

 

K.Novruzov qeyd edib ki, perspektivdə Zəngəzur dəhlizinin açılması regionda iqtisadi əlaqələrin inkişafına ciddi töhfə verəcək:

 

“Odur ki, Ankara və Moskva ilə yanaşı, rəsmi Bakı da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu, əslində ən çox Ermənistanın xeyrinədir. Amma İrəvan kənar güclərin təhriki və təsiri ilə özünü regional əməkdaşlıq mühitindən təcrid edir. Beləliklə, faktiki olaraq “oyundankənar” vəziyyətdə qalır. Əvvəl də dediyimiz kimi, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu, sadəcə zaman məsələsidir. İş burasındadır ki, Zəngəzur dəhlizi nəinki regional, qlobal əhəmiyyətli layihədir. Yəqin ki, Azərbaycan COP29 başa çatana qədər diplomatik təmasları davam etdirəcək. Amma bu, fayda verməyəcəyi təqdirdə "B" variantının tətbiqi, Azərbaycanın güc yolu ilə dəhlizi açması qaçılmaz ola bilər”.

 

Günay Rəsulqızı

 

 


OXŞAR XƏBƏRLƏR