Prezident Robert Smiti QƏBUL ETDİ

Prezident Robert Smiti QƏBUL ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğuladı.

 

Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi. Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını dedi və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

 

Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.

 

***

 

14:42

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...

Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?

Bir neçə Aqata Kristi əsərlərini ilhamlandıran Böyük Britaniyanın kiçik bir adası satıla bilmədiyi üçün bazardan çıxarılıb.   Sfera.az bildirir ki, İng...