Britaniya Baş nazirindən Putinə SƏRT REAKSİYA: "Sən başlatdın..."

Britaniya Baş nazirindən Putinə SƏRT REAKSİYA: "Sən başlatdın..."

İranın Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə başlayan gərginlik getdikcə daha da şiddətlənir. Bu həftə ABŞ administrasiyası Rusiyaya silahlar ötürməklə Ukraynadakı müharibəni Moskvanın lehinə dəstəklədiyini əsas gətirərək İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Sfera.az bildirir ki, Vaşinqtonun bu qərarından sonra Fransa, Almaniya və Böyük Britaniya da eyni gündə İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər. İran ABŞ-nin sanksiya qərarını “iqtisadi terror” adlandırıb və buna reaksiya verəcəyini bildirib.

 

ABŞ və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisini uzaqmənzilli Qərb silahları ilə vurmasına icazə vermək fikrinə gəlib. Rusiya Prezidenti Putin isə dünən məsələ ilə bağlı susqunluğunu pozaraq, Ukraynanın ölkəsinin ərazisinə uzaqmənzilli silahlarla hücum edəcəyi təqdirdə NATO ilə müharibəyə gedəcəkləri barədə xəbərdarlıq edib.

 

Putinin sərt bəyanatına Qərb cəbhəsindən ilk cavab Vaşqinqtona gediş yolunda Böyük Britaniyanın Baş naziri Key Starmerdən gəlib:  "Müharibəni Putin başladıb. Rusiya Ukraynanın ərazilərini işğal edib. Ona görə də, Rusiya istədiyi vaxt müharibəyə son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var”.

 

Qeyd edək ki, Starmer Kiyevin Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilib-verilməyəcəyini müzakirə etmək üçün Vaşinqtondadır. Analitiklərin fikrincə, ABŞ-də seçkidən əvvəl keçirilən görüş müharibənin gedişatını müəyyən edəcək.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...

Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?

Bir neçə Aqata Kristi əsərlərini ilhamlandıran Böyük Britaniyanın kiçik bir adası satıla bilmədiyi üçün bazardan çıxarılıb.   Sfera.az bildirir ki, İng...