“Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər” - ŞƏRH

“Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər” - ŞƏRH

“Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  

 

Onun sözlərinə görə, son zamanlar Qərbin Gürcüstanla bağlı siyasəti çox dəyişib, buna səbəb isə “Xarici agentlər haqqında” qanundur:

 

“Gürcüstan hökumətinin Qərbdən uzaqlaşmaq siyasəti fonunda Rusiya ilə danışıqlara getməsi, Abxaziya və Cənubi Osetiyaya nəzarəti təmin etmək üçün rəsmi Bakının imkanlarından istifadə etməsi mümkündür. Gələn ay keçiriləcək seçkilərdə “Gürcü Arzusu” partiyası qələbə əldə etdikdən sonra bu istiqamətdə ciddi addımlar atıla bilər. Xüsusilə Prezident İlham Əliyev Tiflis və Moskvanın ortaq məxrəcə gəlməsində əsas vasitəçidir. Ötən ay Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərində Azərbaycanın bu məsələdə vasitəçi olması ilə bağlı məsələlərin müzakirəsi mümkün idi”.

 

M.Əsədullazadə bildirib ki, əgər Azərbaycan iki dövlət arasında vasitəçi olsa, müsbət irəliləyişlər əldə oluna bilər:

 

“Təkcə Gürcüstanla bağlı deyil, Ukrayna və Rusiya arasında da Prezident İlham Əliyev vasitəçi missiyasını həyata keçirir. Ötən gün Zelenski tatar əsirlərin qaytarılması istiqamətində Azərbaycanın vasitəçiliyindən istifadə edildiyini qeyd etmişdi. Təbii ki, bu proseslər Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət və geosiyasi imkanlarını genişləndirir. Ukrayna-Rusiya arasında humanitar sahədə vasitəçilik missiyası növbəti mərhələdə siyasi vasitəçiliyə çevrilə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...