Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ZİYARƏT ETDİ

Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ZİYARƏT ETDİ

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

 

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub. Şəhidlərin məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

 

Sonra qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

 

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüblər.

 

Türkiyə Ali Məhkəməsinin sədri Xatirə kitabına ürək sözlərini yazıb.


OXŞAR XƏBƏRLƏR