"Krım Ukraynaya qaytarılmalıdır" - Ərdoğan
Kateqoriya məlum deyil
Türkiyə Krımın ilhaqını tanımır.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.
O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.
R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".






