Logo

Azərbaycan EBRD ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan EBRD ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq müzakirə edilib.

Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“EBRD Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçettiyə fəaliyyətində uğurlar arzulayır. Xanım Falçetti ilə keçirdiyimiz görüşdə Azərbaycan – EBRD əməkdaşlığının prioritetləri, potensial layihələr və COP29 çərçivəsində tərəfdaşlıq barədə danışdıq", - o qeyd edib.

Azərbaycan EBRD ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR