Logo

Zaxarova Tramp-Harris debatı barədə: "Titanik"də döyüş, aysberqə 15 dəqiqə qalıb..."

Zaxarova Tramp-Harris debatı barədə: "Titanik"də döyüş, aysberqə 15 dəqiqə qalıb..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin keçmiş prezidenti Donald Tramp və rəqibi Kamala Harrisin seçki debatları ilə bağlı sualı cavablandırıb.

Sfera.az xəbər verir ki, Sputnik radiosuna müsahibə verən Zaxarova debatı "Titanik"də güləşə bənzədib.

“Titanik - güclü, çox bahalı... Titanikin göyərtəsində iki məşhur güləşçi arasında döyüş gedir... Bunun hər hansı bir əhəmiyyəti varmı? Aysberqlə toqquşmaya 15 dəqiqə qalıb”, -  Zaxarova qeyd edib.

Zaxarova həmçinin debatları izləməyin mənasız olduğunu bildirib:

"ABŞ fəlakətə doğru gedir, dünyanın qalan hissəsi isə özünü xilas etməyə çalışır. Bundan əlavə, ABŞ-dəki debatları izləmək mənasızdır, çünki amerikalı siyasətçilər faktlara əsaslanmır və bir-birinin sualına cavab vermirlər".

Xatırladaq ki, avqustun 11-də Tramp Harrislə üç raund televiziya debatını elan edib. Onun sözlərinə görə, onlardan birincisi sentyabrın 4-də "Fox News" kanalında, ikincisi sentyabrın 10-da "ABC"də, üçüncüsü isə sentyabrın 25-də "NBC" telekanalında baş tutmalı idi. Lakin sonradan Harrisin bu cədvəllə razılaşmadığı məlum olub.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR