İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Sfera.az-ın xəbərinə görə, Sərəncamla XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

- birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

 

- ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;

 

- üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

 

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Avropa Komissiyasının yeni vitse-prezidentlərinin dördü qadın olacaq

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyeyenin Komissiyanın yeni tərkibi üçün Avropa Parlamentinə təqdim etdiyi namizədlərdən 11-i qadındır. &...

Fərid Qayıbov Hindistana səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezid...

XİN: "Niderland növbəti dəfə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir"

Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.   Sfera.a...

Fransa XİN başçısına Avropa Komissiyasının vitse-prezidenti vəzifəsi təklif edildi

Fransanın xarici işlər naziri Stefan Sejurne Avropa Komissiyasının (AK) vitse-prezidenti ola bilər.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki,...

II Bakı Təhlükəsizlik Forumu Azərbaycanın təhlükəsiz məkana çevrildiyini bir daha təsdiqləyir - ŞƏRH

Azərbaycanın əlverişli coğrafi mövqeyi onun həm Cənubi Qafqaz regionunun, həm də qonşu regionların aparıcı nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə imkan ya...

İbrahim Kalın: "Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək"

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.   Sfera.az &...