Logo

Yoav Qallant: "HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil"

Yoav Qallant: "HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fələstinin HƏMAS qruplaşması artıq hərbi qurum kimi mövcud deyil.

Sfera.az NDTV-yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O bildirib ki, 11 aydan çox davam edən müharibədən sonra HƏMAS-ın hərbi potensialı ciddi şəkildə zəifləyib.

"HƏMAS artıq hərbi birləşmə kimi mövcud deyil. Təşkilat partizan müharibəsi aparır, biz isə hələ də terrorçularla mübarizə aparır və onların rəhbərliyini təqib edirik", - müdafiə naziri qeyd edib.

Y.Qallant həmçinin beynəlxalq ictimaiyyəti HƏMAS-a təzyiqləri davam etdirməyə çağırıb.

"İsrail altı həftəlik fasiləni və girovların qaytarılmasını təmin edəcək razılaşmaya nail olmalıdır", - o əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR