Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sfera.az-ın xəbərinə görə, Sərəncamda qeyd olunub ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

 

"Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür", - Sərəncamda vurğulanıb.

 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   ...

Lukaşenkonun prezidentliyə namizədliyi QEYDƏ ALINDI

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ...

“Keşlə bazarı”nda söküntü işləri ertələndi - RƏSMİ

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədə...

“Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır” - VİDEO

“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet...

Azərbaycanın üzvlüyü D-8 təşkilatına nə qazandıracaq? - AÇIQLAMA

Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respubl...

Azərbaycan noutbuk istehsalını 3 dəfə ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsal həcmi 2024-cü ilin ilk 11 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. &...