“İranın paytaxtı dəyişdirilməlidir” - Prezident

“İranın paytaxtı dəyişdirilməlidir” - Prezident

Dağıdıcı zəlzələ riskinin gündəmdə olduğu İranın paytaxtı Tehranla bağlı problemlər yenidən mübahisələrə səbəb olub.

 

Sfera.az xarici mediaya xəbər verir ki, mübahisələrə qoşulan İranın Prezidenti Məsud Pezeşkian problemlərin həlli üçün paytaxtı köçürməkdən başqa çarələrinin olmadığını söyləyib. Pezeşkian deyib ki, Tehranın problemləri həddən artıq çoxdur və bu səbəbdən paytaxtın başqa yerə köçürülməsi lazımdır. Prezident vurğulayıb ki, Tehranı davamlı inkişaf etdirmək planları mənasızdır.

 

“Tehran su qıtlığı, hava çirkliliyi və zəlzələ riski kimi problemlərlə mübarizə aparır. Bu problemlərə həll tapa bilmirik. Ən yaxşısı paytaxtı köçürməkdir. İnsanlara Tehrandan köçün deyə bilmərik, ona görə də hökumət özü getməlidir və insanlar da onun ardınca gedəcək”, - deyən İran lideri, paytaxtın dənizə yaxın əraziyə köçürülməsinin yaxşı bir fikir olduğunu bildirib.

 

Pezeşkianın açıqlaması İranda mübahisə yaradıb. 1990-cı illərdə Tehranın meri olmuş Qulamhüseyn Kərbasçı ölkədə Tehranı əvəz edə biləcək şəhərin olmadığını və əvvəllər paytaxtı köçürən ölkələrin həmişə pul itirdiyini bildirib.

 

Tehranın ətraf rayonlarla birlikdə 17 milyondan çox əhalisi var və o, Qahirədən sonra Yaxın Şərqin ən sıx məskunlaşma olan şəhəridir və 1786-cı ildən İranın paytaxtıdır. Mütəxəssislər şəhərin güclü zəlzələ təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edirlər.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə dekabrın 20-də şəhərin Heydər Əliyev prospketində q...

ÜDM-də qeyri neft-qaz sektorunun payı rekord həddə çatdı - MÜQAYİSƏ

2024-cü ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı son 4 ilin rekordunu təşkil edəcək.   Sfera.az xəbər...

Dərslərin başlanacağı tarix AÇIQLANDI

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü məlum olub.   Sfera.az...

Ötən həftə 770 hektar ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə dekabrın 16-22-dək 26 tank əleyhinə mina, 104 piyada əleyhinə mina, 304 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. ...

Qəpiklərin maya dəyəri ilə nominal dəyəri arasındakı fərq nə qədərdir? - RƏQƏMLƏR

Ölkəmizdə 20 və 50 qəpiklikdən başqa, bütün qəpikliklərin maya dəyəri onun nominal dəyərindən yüksəkdir.   Sfera.az bildirir ki, bunu statistik məlum...

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 24-də hava əsasən yağmursuz keçəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. ...