Ermənistanın mina xəritələrini təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur

Ermənistanın mina xəritələrini təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur

Yayda Azərbaycanda səfərdə olan Finlandiyanın keçmiş müdafiə naziri Yan-Erik Enestam ölkənin “Hufvudstadsbladet” [HBL] qəzetində ünvanına yazılan tənqidlərə cavab verib.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, bu ilin avqustunda Enestamın Azərbaycana səfəri və işğaldan azad edilmiş ərazilərə baş çəkməsi bəzi Finlandiya KİV-də mənfi qarşılanıb.

 

Xüsusilə qəzetdə bundan əvvəl Azərbaycan haqqında mənfi fikirlər səsləndirilib və insanlar bu ölkəyə səfərlərdən çəkinməyə çağırılıb.

 

“Mən xatırlamıram ki, HBL redaksiyası 2022-ci ildə Aİ və Azərbaycanın enerji əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq protokolu imzalaması barədə danışsın. Eyni zamanda HBL-in Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolu barədə də danışdığını xatırlamıram”, - o bildirib.

 

Keçmiş nazirin sözlərinə görə, Azərbaycan və Finlandiya prezidentləri bu ilin iyununda Londonda görüşüblər. Bununla əlaqədar Enestam qəzetin qərəzli mövqeyinə diqqət çəkərək bildirib ki, noyabrda Azərbaycana səfər edərək COP29-da iştirak etmək istəyinə görə redaksiyanın Finlandiya Prezidenti Aleksandr Stubbu tənqid etdiyini xatırlamır.

 

Enestam qeyd edib ki, Finlandiyada bir çoxları Ermənistanın 30 il ərzində Azərbaycan ərazisinin böyük hissəsini işğal etdiyini başa düşmür. O xatırladıb ki, Birinci Qarabağ müharibəsi nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə salınıb.

 

Keçmiş məmur məcburi köçkünlərin öz evlərinə qayıtmasını çətinləşdirən mina problemindən də danışıb.

 

“Ermənistanın mina xəritələrinin hamısını təhvil verməkdən imtina etməsi minatəmizləmə prosesinə mane olur. Yüzlərlə azərbaycanlı minaya düşərək ya həlak olub, ya da yaralanıb”, - o vurğulayıb.

 

Sonda Enestam bildirib ki, ümumiyyətlə Finlandiya vətəndaşları Cənubi Qafqazdakı vəziyyətlə bağlı az məlumatlıdırlar. Onun fikrincə, bunun günahı Finlandiya mətbuatındadır.


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...