"Kulebanın istefası Rusiya ilə bağlı dəyişikliyin olmasından xəbər verir" - AÇIQLAMA

"Kulebanın istefası Rusiya ilə bağlı dəyişikliyin olmasından xəbər verir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. “Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, - Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib. Digər tərəfdən, ötən gün də Ukraynada bir sıra nazirlər istefa ərizəsi təqdim ediblər. 

 

Rəsmi Kiyevdəki silsilə istefaların səbəbi necə izah edilməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirdi ki, görünür, Ukrayna bəzi məsələlərdə Rusiya ilə danışıqlara gedir:

 

“Yaxud bu, Qərb tərəfindən Ukraynada hökumət daxilində parçalanma siqnalının ötürülməsi ola bilər. Yəni bu proses çox ciddi problemdir. Birdən-birə bir neçə nazirin istefa vermək istəyi o deməkdir ki, Ukrayna hökuməti daxilində bir böhran var. Digər tərəfdən, bu prosesi tək böhranla əlaqələndirmək olmaz. Ola bilər, bu, Zelenskinin istəyinə bağlı haldır”.

 

Samir Hümbətovun sözlərinə görə, Ukrayna lideri sözügedən nazirləri vəzifədən uzaqlaşdırmasa da, könüllü istefalarını tələb edir:

 

“Amma hər vəziyyətdə birinci xarici işlər nazirinin istefaya getmək cəhdi Ukraynanın Rusiya siyasətində hansısa bir dəyişikliyin olmasından xəbər verir. Düşünürəm ki, bu istefa ərizəsi adi hal deyil, arxasında ciddi səbəblər var. Bu da yəqin ki, yaxın vaxtlarda bəlli olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olm...

Yağış, dolu - Sabahın HAVASI

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarıma...

İsrail Tehranın mərkəzinə zərbələr endirir

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.   Sfera.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu...

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...