"İtaliya Azərbaycanın vacib tərəfdaşlarından biridir" - ŞƏRH

"İtaliya Azərbaycanın vacib tərəfdaşlarından biridir" - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada işgüzar səfərdədir. İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

"Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu kəskin artim Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlıdır”.

 

Deputat qeyd edib ki, 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb.

 

“Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir”.

 

Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir:

 

“Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan, Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

ABŞ rəsmilərinin “Güc vasitəsilə sülhə nail olmaq” tezisi nədən xəbər verir? - AÇIQLAMA

“Güc vasitəsilə sülhə nail olmaq Ukraynanın sağ qalması üçün vacibdir. Bu, ABŞ-nin təhlükəsizliyinə də təsir edəcək”. Bu barədə ABŞ Dövlət katibi En...

Məşhur bazarın yanındakı evlər də söküləcək - Kompensasiya nə qədər olacaq?

Keşlə bazarı kimi tanınan ticarət mərkəzi ilə yanaşı həmin əraziyə yaxın evlərin də söküntüsü planlaşdırılır.   Sfera.az milli.az-a istinadən xəbər v...

Çempionlar Liqasında həlledici görüş Bakıda keçiriləcək

FİBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel Holon” klubları arasında pley-in seriyasının 3-cü, yəni ta...

“Milan” səfərdə qalib gəldi, “Yuventus”dan heç-heçə - VİDEO

İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, “Milan” “Komo”nu səfərdə məğ...

Naxçıvanda hərbi sursat aşkar edildi - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonu, Yeni Kərki və Qabıllı kəndləri ərazisində hərbi sursatlar aşkar edilib.   Sfera.az xəbər verir ki,...

Azərbaycanda bu şəxslərin maaşları ARTIRILDI

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Mi...