BRICS-ə üzvlük Türkiyəyə nə qazandıracaq? - ŞƏRH

BRICS-ə üzvlük Türkiyəyə nə qazandıracaq? - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRICS sammitində iştirak dəvətini qəbul edib. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.


Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi bildirilmişdi:

 

“Hərçənd rəsmi Ankara hələ məsələyə münasibət bildirməyib. İddiaya görə, rəsmi Ankara BRICS-i Avropa İttifaqına (Aİ) dəyişir. Türkiyənin BRICS-in sammitinə dəvət olunması onu deməyə əsas verir ki, üzv dövlətlər rəsmi Ankaranın müraciətinə müsbət yanaşırlar. Əslində, bu təəccüblü deyil. Çünki Türkiyənin üzv dövlətlərlə, xüsusilə Rusiya və Çinlə çox yaxşı münasibətləri var. Bu münasibətlər bir çox sahələri, o cümlədən iqtisadi sferanı əhatə edir. Yəni Türkiyənin perspektivdə BRICS-ə üzvlüyü təkcə namizəd dövlətin özü üçün deyil, həm də üzvlər üçün əhəmiyyətlidir”.

 

K.Novruzov bildirib ki, Türkiyənin BRICS-ə mümkün üzvlüyü təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından önəmlidir:

 

“Azərbaycan da bir müddət əvvəl sözügedən təşkilata üzvlüklə bağlı rəsmi müraciət edib. Bundan əvvəl, iyulun 3-də isə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİCS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Demək yerinə düşər ki, rəsmi Bakının təşkilata üzvlüklə bağlı müraciəti Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana dövlət səfərindən və həmkarı İlham Əliyevlə görüşdən sonrakı dövrə təsadüf etdi. Bu, İkinci Qarabağ müharibəsindən sonra V.Putinin Bakıya ilk səfəri idi. Səfərin dövlət əhəmiyyətli olması bu hadisə ilə müəyyən gözləntilər yaradırdı. Düşünmək olar ki, Azərbaycanın BRİCS-ə üzvlüyü ilə bağlı müraciəti məhz Prezident İlham Əliyevlə rusiyalı həmkarının görüşü zamanı əsas müzakirə mövzularından olub.

 

Ehtimal etmək olar ki, avqustun 17-də və sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan telefon danışığında, habelə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun avqustun 27-də Türkiyəyə işgüzar səfərində və həmkarı Hakan Fidanla telefon danışığında da bu məsələ geniş müzakirə olunub. Azərbaycandan sonra Türkiyənin BRİCS-ə üzvlük üçün müraciəti həm də iki qardaş dövlət arasında münasibətlərin pozulması üçün bir bəhanə axtaranlara cavab oldu. Bu, bir daha göstərdi ki, Bakı və Ankaranın xarici siyasət kursunda heç bir ziddiyyət yoxdur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...

Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.   Sfera.az APA-ya istinadla xəbər veri...

ABŞ təyyarəsi Bakıya təcili eniş etdi

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

“İran üçün heç kim vuruşmayacaq” - Ekspert

İran və İsrail arasında baş verən hərbi toqquşmaya ABŞ-nin də qoşulması üçüncü dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Müxtəlif siyasətçilər, o cüm...