Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri – FOTO

Kəlbəcərin İstisu qəsəbəsinin gələcək görüntüləri – FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı sentyabrın 2-də təməli qoyularaq tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.

 

Sfera.az komitəyə istinadən xəbər verir ki, Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.

 

Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.

 

İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.


OXŞAR XƏBƏRLƏR

Məşhur aktyor bu ölkənin vətəndaşlığını aldı

Türkiyəli məşhur aktyor Çağatay Ulusoy ikinci ölkənin vətəndaşlığını əldə edib.   Sfera.az xəbər verir ki, Ulusoy Bolqarıstan vətəndaşlığını ala...

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olm...

Yağış, dolu - Sabahın HAVASI

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarıma...

İsrail Tehranın mərkəzinə zərbələr endirir

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.   Sfera.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu...

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...