Ayxan Hacızadə: "Növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib"

Ayxan Hacızadə: "Növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına uyğun keçirilib"

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.

 

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.


OXŞAR XƏBƏRLƏR

Yağış, dolu - Sabahın HAVASI

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarıma...

Buraxılış və qəbul imtahanları BİRLƏŞDİRİLƏCƏK?

“Bu gün vəziyyət o həddə çatdırılıb ki, sanki təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarətdir. Ali məktəb sevdası, indiki qədər “diplomlu olm...

İsrail Tehranın mərkəzinə zərbələr endirir

İsrail Tehranın mərkəzində hökumət obyektlərinə güclü zərbələr endirir.   Sfera.az “Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu...

"İsrail Trampı razı sala bilər ki, İranda..." - AÇIQLAMA

Bir müddət bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda rejim dəyişdiyini istəmədikləri barədə bəyanat vermişdi, amma son bəyanatla...

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...