"Putinin bu açıqlamasındakı əsas məqsəd Qərb dövlətlərini bir-birinə qarşı qoymaqdır" - ŞƏRH

"Putinin bu açıqlamasındakı əsas məqsəd Qərb dövlətlərini bir-birinə qarşı qoymaqdır" - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Tuvanın paytaxtı Kızıl şəhərində 20 saylı məktəbdə keçirdiyi “Vacib şeylər haqqında söhbət” adlı açıq dərsdə bildirib ki, Rusiya onu təcrid etmək cəhdlərinə baxmayaraq, Qərb dövlətləri ilə əlaqəni itirmir.  “Qərb siyasətçilərinin hərəkətlərinə baxmayaraq, bir çoxları ənənəvi dəyərləri və Rusiyanı dəstəkləyir", - o qeyd edib.

 

Putinin bu açıqlamasının pərdəarxasında nələr dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Putinin belə bir fikir səsləndirməsində bir neçə məqsəd var:

 

“Birincisi, o, bununla rəsmi Moskvanın radikal mövqedən uzaq olduğunu göstərmək və münasibətlərin kəskinləşməsində Qərbi ittiham etmək istəyib.  İkincisi, ola bilsin, Putin bu açıqlaması ilə Qərb dövlətlərini bir-birinə qarşı qoymaq istəyib. O, bəzi Qərb dövlətlərinə mesaj vermək istəyib ki, müəyyən Qərb dövlətləri Rusiya ilə əlaqə saxlayırlar. Beləliklə, yəqin ki, Kreml rəhbəri Qərb dövlətləri arasında ziddiyyətin yaranacağına və onların Rusiya ilə münasibətlərə görə bir-birilərini ittiham edəcəyinə ümid edib”.

 

K.Novruzov qeyd edib ki, Qərb dairələrində Rusiya ilə münasibətləri qoruyan dövlətlər onsuz da var: 

 

“Putinin bu açıqlamanı Tuvada və şagirdlər qarşısında verməsini təsadüfi hesab etmirəm. Görünür, Kreml rəhbəri Tuva türk respublikasındakı gənc nəslə ideoloji təsir etmək və onları mərkəzi hakimiyyətin siyasətinə ciddi şəkildə uyğunlaşdırmaq niyyətindədir”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR