İranda həbsdə olan jurnalistlərin sayı ARTDI

İranda həbsdə olan jurnalistlərin sayı ARTDI

İranda KİV nümayəndələrinin həbs edilməsi ilə bağlı hökmlərin sayı iyul ayı ilə müqayisədə avqustda artıb.

 

Sfera.az “İraninternational”a istinadən xəbər verir ki, bu barədə İnformasiyanın Azad Yayılmasının Müdafiəsi üzrə Təşkilat hesabatında bildirilib.

 

Hesabata əsasən, iyulun 11-dən avqustun 10-dək ötən müddət ərzində İranda 18 jurnalist 22 ayrı-ayrı iş üzrə məhkəmə və hüquq-mühafizə orqanları ilə üz-üzə qalıb.

 

Məlumata görə, bu ötən ayla müqayisədə üç dəfə çoxdur. Bildirilib ki, İranın məhkəmə və təhlükəsizlik orqanları azı 12 halda qanunu pozub. Jurnalistlər Ruhulla Naxay, Kimiyar Fakur, Parisa Salehi, Şirin Səidi, Yaşar Soltani, Vida Rabbani, Nəsrin Hüsni, Saba Azarpik, Favad Sadeqi həbsxanadadır.

 

İran təqvimi ilə bu ilin ilk altı ayında (mart-avqust) 181 jurnalist və KİV fəalı təhlükəsizlik tədbirləri adı altında məhkəmə ilə üzləşib. Hesabata əsasən, 34 jurnalist həbs edilib.

 

Prezident Məsud Pezeşkianın başçılıq etdiyi 14-cü hökumət bir ötən bir ay ərzində yeddi jurnalist barəsində şikayət edib və onlara qarşı cinayət işi qaldırılıb.


OXŞAR XƏBƏRLƏR