Putindən şagirdlərə MARAQLI TÖVSİYƏ: "Məndən nümunə götürməyin”

Putindən şagirdlərə MARAQLI TÖVSİYƏ: "Məndən nümunə götürməyin”

Rusiya Prezidenti Vladimir Putin məktəblərdən birində “Vacib şeylərdən danış” adlı açıq dərsdə iştirak edib.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bir şagird Putindən belə yaxşı formada olmaq üçün nə qədər yatdığını soruşub.

 

Putin olduqca az yatdığını deyib və bu barədə ondan nümunə götürməmələrini istəyib: “Adətən, 6 saat yatıram. Bu gün isə 4 saat yatmışam. Bu mənada məndən nümunə götürməyin”.

 

Rusiya prezidenti söhbət etdiyi şagirdi ən azı səkkiz saat, normal yatmağa çağırıb: “Siz zehninizi çox işlədirsiniz, ona görə də formada olmalısınız. Əslində, mən də formada olmalıyam. Bu gün cəmi dörd saat yatmağım o qədər məşğul insan olduğum üçün yox, iş günümü düzgün təşkil edə bilmədiyim üçündür. Hər bir insan etdiyi hər işdə özünə tənqidi yanaşmalı və nəticə çıxarmalıdır. Mən bunu etməyə çalışacağam. Sizə də məsləhət görürəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

Bu gün Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.   Sfera.az xəbər verir ki, əsas yarış saat 15:00...

Bakıda qadın antibiotikdən şoka düşərək ÖLDÜ

Bakıda yaşlı qadın antibiotikdən şok keçirərək həyatını itirib.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəs...

Bu il neçə uşaq birinci sinfə gedəcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən, hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur...

Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri BAKIDA - FOTO

Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur Azərbaycanda səfərdədir.   Sfera.az xəbər verir ki, o, Bakıda ADA Universitetində mü...

Qadın şahmatçılarımız 3-cü qələbəyə imza atdılar

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb. &nbs...

Ağdərədə qəza nəticəsində həlak olan yanğınsöndürənin FOTOSU

Ağdərədə baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan FHN əməkdaşının fotosu yayılıb.   Sfera.az xəbər verir ki, avtomobildə olan yanğınsöndürə...